“Mançester Yunayted"dən 70 milyonluq təklif – Bundesliqanın ən yaxşı futbolçusu üçün

27 May 2022 12:20 İngiltərə 799
“Mançester Yunayted"dən 70 milyonluq təklif – Bundesliqanın ən yaxşı futbolçusu üçün

“Mançester Yunayted” “Leyptsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” onun transferi üçün 70 milyon avro təklif etməyə hazırdır.

24 yaşlı Nkunku ötən mövsüm bütün turnirlərdə 51 oyunda 35 qol vurub və 20 məhsuldar ötürmə edib.

Nkunku Almaniya klubuna 2019-cu ildə keçib. Onun “Leyptsiq”lə müqaviləsi 2024-cü ildə başa çatır.

Nkunku Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti