Millinin sabiq baş məşqçisi bu klubda köməkçi işləyəcək

24 May 2022 00:00 İngiltərə 866
Millinin sabiq baş məşqçisi bu klubda köməkçi işləyəcək

“Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haqın köməkçilərinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, niderlandlının köməkçilərindən biri İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklarendi.

Onunla yanaşı Mitçel van der Haq da Mançester klubunda eyni vəzifəni icra edəcək.

Maklaren ilk dəfə deyil ki, “Mançester Yunayted”də köməkçi məşqçi işləyir.

O, komanda 1999-cu ildə Çempionlar Liqasını qazandığı vaxtda da eyni vəzifəni yerinə yetirib. Van der Haq isə “Ayaks”da Erik Ten Haqın köməkçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti