Futbolçular utandı və xahiş etdi - Qala-gecə ləğv edildi

21 May 2022 12:20 İngiltərə 1 253
Futbolçular utandı və xahiş etdi - Qala-gecə ləğv edildi

“Mançester Yunayted” ənənəvi olaraq mövsümün sonunda təşkil olunan qala-gecəni ləğv edib.

Sportinfo.az xəbər verir ki, qala-şam yeməyinin ləğv olunmasını rəhbərlikdən futbolçular xahiş edib.

Futbolçular hesab ediblər ki, mövsümü uğursuz başa vurduqları üçün ziyafətə ehtiyac yoxdur.

Hazırda “Mançester Yunayted” İngiltərə çempionatında turnir cədvəlində altıncı yerdədir və yuxarı qalxmaq şansı yoxdur.

Eyni zamanda, komanda Premyer Liqada keçiriləcək son turdan sonra yeddinci yerə düşə və Avropa Liqasından da kənarda qala bilər.

MY-ni növbəti mövsümdən Erik ten Haq çalışdıracaq. Onunla 2025-ci ilin yayına qədər müqavilə bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada