Paytaxt klubu yayda onları almaq istəyir – TRANSFER SİYAHISI

21 May 2022 10:20 İngiltərə 762
Paytaxt klubu yayda onları almaq istəyir – TRANSFER SİYAHISI

“Çelsi” yay transfer pəncərəsi üçün heyətini yeniləmək istəyir.

Sportinfo.az xəbər verir ki, klubun siyahısına müxtəlif mövqelər üzrə təxminən on namizəd daxildir.

Müdafiəçilər Antonio Rüdiger və Andreas Kristensenin komandanı tərk etmə ehtimalı olduğundan, “Çelsi” müdafiə xəttini gücləndirmək istəyir.

“Zadəganlar” onların yerinə “Sevilya”dan Jül Kunde, “Atletiko”dan Xose Ximenez, PSJ-dən Presnel Kimpembe, “Brayton”dan Mark Kukurella və “Leyptsiq”dən Yoşko Qvardiolanı nəzərdən keçirir.

“Çelsi”nin yarımmüdafiə xətti üçün namizədləri isə bu futbolçulardır: “Vest Hem”dən Deklan Rays və “Monako”dan Orelyen Tuçameni.

“Çelsi” hücum xəttini də gücləndirmək istəyir. London klubu “Bayern”in hücumçusu Robert Levandovskini transfer etməyin daha uyğun yollarını axtarır.

Digər Xəbərlər
Xəbər Lenti