"Mən onu günahlandırmıram, sadəcə, bu, narahatedicidir"

21 May 2022 00:20 İngiltərə 653
"Mən onu günahlandırmıram, sadəcə, bu, narahatedicidir"

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçi Nqolo Kantenin komanda üçün əhəmiyyətindən danışıb.

Sportinfo.az xəbər verir ki, Tuxel, Kanteni Neymar, Məhəmməd Salah və Kilian Mbappe ilə müqayisə edib:

“Düşünürəm ki, o, bizim əsas oyunçumuzdur. Amma əsas oyunçular daim meydanda olmalıdır. Kante isə oyunların yalnız 40 faizində iştirak edir.

Bu amili nəzərə alsaq, üçüncü yeri tutmağımız, bəlkə də möcüzədir. O, bizim Salahımızdır, van Daykımızdır, de Bruynemizdir. O, məhz həmin oyunçudur.

O, bizim Neymarımızdır, Kilian Mbappemizdir, komanda üçün vacib oğlandır. Qarşılaşmaların cəmi 40 faizində meydanda olursa, bu, böyük problemdir.

Kante bizim əsas oyunçumuzdur və meydanda olmalıdır. “Çelsi” onun fiziki problemlərini həll edə bilərmi? Ümid edirəm ki, edər.

Belə durumla barışmaq çətindir. Onun yaxşı formada olması vacibdir. Mən Kanteni günahlandırmıram. Sadəcə bu, narahatedicidir və həm də həqiqətdir ki, biz onun üçün darıxırıq, çünki o, dünya futboluna unikallıq gətirir”.

Kante bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti