Komanda Premyer Liqada qaldı, stadionda aləm qarışdı - FOTOLAR

20 May 2022 12:20 İngiltərə 1 487
Komanda Premyer Liqada qaldı, stadionda aləm qarışdı - FOTOLAR

İngiltərə Premyer Liqasında "Everton" - "Kristal Pelas" matçında hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, Liverpul təmsilçisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, "Everton" sona 1 tur qalmış aşağı liqaya düşmək riskindən qurtulub və onların Premyer Liqada qalacağı dəqiqləşib.

Ev sahibi komananın azarkeşləri isə 3-cü qoldan sonra tribunaları aşaraq meydana daxil olublar. Onlar sevinclərini meydanda qeyd ediblər.

"Everton" Premyer Liqanın turnir cədvəlində 39 xalla 16-cıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada