"Mançester Yunayted" bu yay transferlərə nə qədər pul xərcləyəcək?

20 May 2022 12:00 İngiltərə 437
"Mançester Yunayted" bu yay transferlərə nə qədər pul xərcləyəcək?

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Klub bu yay transferlərinə 140 milyon avrodan çox xərcləməyə hazırdır.

“Mançester Yunayted”in yeni baş məşqçisinin komandada görmək istədiyi oyunçular sırasında “Ayaks”dan Yurien Timber və Entoni, həmçinin “Barselona”nın yarımmüdafiəçisi Frenkie de Yonq var.

Hazırda "Ayaks"ı çalışdıran Ten Haq "Mançester Yunayted"lə müqaviləsinə əsasən, mövsümün sonunda "qırmızı şeytanlar"a qoşulacaq. Lakin onun Premyer Liqanın son turunda "Mançester Yunayted" - "Kristal Pelas" matçına gələcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti