Ronaldo: "Onun haqqında bildiyim odur ki...",

14 May 2022 01:30 İngiltərə 659
Ronaldo: "Onun haqqında bildiyim odur ki...",

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo Erik Ten Haqın kluba təyinatını şərh edib .

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis bu mövsümün sonunda "Ayaks"dan ayrılaraq İngiltərə təmsilçisinin baş məşqçisi vəzifəsini icra edəcək.

37 yaşlı hücumçu bununla bağlı klubun saytına deyib: “Onun haqqında bildiyim odur ki, "Ayaks"da heyrətamiz iş görüb , təcrübəli məşqçidir.

Amma ona vaxt lazım olacaq. O, lazımi dəyişiklikləri etməlidir. Əlbəttə, ümid edirəm ki, uğur qazanacağıq. Ten Haqa ən yaxşısını arzulayıram.

Biz xoşbəxtik və səbirsizliklə gözləyirik. Təkcə futbolçular yox, həm də azarkeşlər. Ona ən yaxşısını arzulayıram. Ümid edirəm ki, növbəti mövsüm kuboklar qazanarıq".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!