“Liverpul” 3 xalı “Aston Villa”dan iki qolla qazandı - VİDEO

11 May 2022 10:00 İngiltərə 664
“Liverpul” 3 xalı “Aston Villa”dan iki qolla qazandı - VİDEO

İngiltərə Premyer Liqasında 33-cü turun təxirə salınmış görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, “Villa Park”da yerli “Aston Villa” çempionluğa iddialı “Liverpul”u qəbul edib.

Qarşılıqlı qollarla başlayan oyunda “Liverpul” əfsanəsi Stiven Cerardın çalışdırdığı ev sahibləri meydanı məyus tərk ediblər.

Belə ki, mersisaydlılar ikinci hissədə daha bir dəfə fərqlənməklə özlərinə sərf edən nəticəni təmin etməyi bacarıblar – 1:2.

Sona bir neçə tur qalmış “Liverpul” turnir cədvəlində 2-ci, “Aston Villa” isə 11-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!