"Bu sözləri onun “Mançester Yunayted”ə nə üçün uyğun olmadığını açıq göstərir”

8 May 2022 22:00 İngiltərə 985
"Bu sözləri onun “Mançester Yunayted”ə nə üçün uyğun olmadığını açıq göstərir”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Liverpul”un baş məşqçisi Yurgen Kloppun “Tottenhem”in taktikası ilə bağlı dediklərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, keçmiş futbolçu bu barədə “tvitter” hesabında yazıb:

“Mən Antonio Konte və onun futboluna böyük hörmətlə yanaşıram. Lakin Kloppun sözləri onun “Mançester Yunayted”ə nə üçün uyğun olmadığını açıq şəkildə göstərir”.

Klopp İngiltərə Premyer Liqasının 36-cı turunun “Tottenhem”lə oyunundan sonra (1:1) Kontenin komandasının müdafiə futbolunu bəyənmədiyini bildirmişdi.

Premyer Liqanın 36 turundan sonra “Liverpul” 83 xal toplayıb və “Mançester Siti” ilə ilk pilləni bölüşür. “Tottenhem” isə 62 xalla 5-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti