“Liverpul”a çempionluq yolunda “Tottenhem”dan zərbə - VİDEO

8 May 2022 10:20 İngiltərə 792
“Liverpul”a çempionluq yolunda  “Tottenhem”dan zərbə - VİDEO

İngiltərə Premyer Liqasında turun mərkəzi qarşılaşması baş tutub.

Sportinfo.az xəbər verir ki, bu mövsüm həm ölkəsinin, həm də Avropanın ən yaxşı komandası adını qazanmağı hədəfləyən “Liverpul” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib.

“Enfild”də baş tutan matç minimal hesablı heç-heçə ilə bitib – 1:1.

Klopun yetirmələri finişə yaxın mühüm xallardan məhrum olsalar da, bu nəticə mersisaydlıları çempionatın liderliyinə yüksəldib. Hazırda ikinci pilləyə düşən “Mançester Siti” isə mayın 8-də “Nyukasl”ı qonaq edəcək.

“Tottenhem”ə gəlincə, turnir cədvəlində 5-ci olan komanda sona üç tur qalmış ilk dördlüyə düşərək Çempionlar Liqasına qatılmaq şansını hələ də saxlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti