Premyer Liqa klubunun nümayəndəsi millimizin hücumçusunu izlədi

8 May 2022 01:50 İngiltərə 1 945
Premyer Liqa klubunun nümayəndəsi millimizin hücumçusunu izlədi

"Vulverhempton" Portuqaliya "Tondela"sına icarəyə verdiyi Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxışını diqqətdə saxlayır.

Sportinfo.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, klubun nümayəndəsi 23 yaşlı hücumçunun oyununu izləmək üçün sözügedən ölkəyə yollanıb.

Tondela şəhərinin eyniadlı təmsilçisinin səfərdə "Pakuş Ferreyra" ilə 1:1 hesablı heç-heçə etdiyi çempionat matçına tribunadan tamaşa edən "canavarlar"ın nümayəndəsi gənc forvardın durumu ilə bağlı məşqçilər heyətinə raport təqdim edəcək.

Dadaşov oyunun 85-ci dəqiqəsində meydana daxil olub.

"Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov cari mövsümün əvvəlindən "Tondela"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada