“Mançester Yunayted” Çempionlar Liqasından kənarda qaldı - VİDEO

8 May 2022 00:20 İngiltərə 740
“Mançester Yunayted” Çempionlar Liqasından kənarda qaldı - VİDEO

Premyer Liqanın 36-cı turunun daha bir qarşılaşması başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Brayton” turbirin iddialılarından olan “Mançester Yunayted”i qəbul edib.

“Falmer” arenasında baş tutan qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Belə ki, meydan sahibləri “qırmızı şeytanlar”ın qapısından 4 cavabsız qol keçiriblər – 4:0.

“Mançester Yunayted” Çempionlar Liqasının 2022/23 mövsümünə vəsiqə qazanmaq şansını itirib.

“Mançester Yunayted” 37 oyundan sonra 58 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncıdır.

Dördüncü pillədə qərarlaşan “Arsenal”ın 34 oyundan sonra 63 xalı var. Premyer Liqanın sonunda ilk dörd yeri tutan komanda Çempionlar Liqasına yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM