"Sağalmağa vaxtı yoxdur”

7 May 2022 18:40 İngiltərə 500
"Sağalmağa vaxtı yoxdur”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçilər Nqolo Kante və Jorjinyonun İngiltərə Premyer Liqasının 36-cı turunda “Vulverhempton”a qarşı oynamayacaqlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Tuxel, hücumçu Romelu Lukaku haqda da danışıb:

“Kantenin sağalmağa vaxtı yoxdur, Jorjinyo da sıradan çıxıb. Bu oyunçular növbəti matçı buraxacaqlar.

Lukaku? O böyük futbolçudur. “Everton”la qarşılaşmada meydana çıxmadı. Çünki bizdə cəmi üç əvəzetmə var idi.

Təəssüf ki, Jorjinyonun əvəzinə də fasilədə başqa futbolçudan istifadə etdik”.

“Çelsi” – “Vulverhempton” matçı bu gün saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti