"Mançester Yunayted"dən ayrılmaq istədiyini dedi

6 May 2022 00:00 İngiltərə 650
"Mançester Yunayted"dən ayrılmaq istədiyini dedi

"Mançester Yunayted"in futbolçusu Cessi Linqard mövsümün sonunda komandadan ayrılmağa qərar verib.

SportİNFO.az xəbər verir ki, ingiltərəli vinger əsas heyətdə az şans qazandığı üçün "qırmızı şeytanlar"dan ayrılmaq istədiyini rəhbəriyə bildirib.

29 yaşlı futbolçu ilə bir çox klub maraqlanır. "Nyukasl", "Tottenhem", "Vest Hem" və "Aston Villa" təcrübəli hücum oyunçusunu heyətinə qatmaq istəyir.

Cessi Linqard 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir. İngiltərə millisinin üzvü cari mövsümdə 4-ü əsas heyətdə olmaqla 22 qarşılaşmada meydana çıxıb.

O, bu matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada