Premyer Liqaya yüksələn ikinci komandanın adı məlum oldu

5 May 2022 01:50 İngiltərə 958
Premyer Liqaya yüksələn ikinci komandanın adı məlum oldu

İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Bornmunt” Çempionşipin 33-cü turundan təxirə salınmış oyunda “Nottingem Forest”i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib.

2-ci pillədə qərarlaşan Skott Parkerin komandası xallarını 85-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi “Nottingem Forest” üçün əltaçmaz olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri “Fulhem” olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada