Ronaldo mesajını verdi: "Hələ işim bitməyib"

4 May 2022 15:40 İngiltərə 1 302
Ronaldo mesajını verdi: "Hələ işim bitməyib"

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo klubdan ayrılmaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"a qalib gəldikləri matçdan (3:0) sonra televiziya kameralarına bunları deyib: "Hələ işim bitməyib".

Bununla da, o, klubda qalmaq istədiyinin mesajını verib.

Ronaldo sözügedən görüşdə penaltidən fərqlənib. Bu, onun Premyer Liqadaa 2021/2022 mövsümündə 18-ci qolu olub.

37 yaşlı oyunçunun bu mövsümün sonu "Mançester Yunayted"dən ayrıla biləcəyi barədə xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada