“Mançester Siti” yenidən liderliyi “Liverpul”dan təhvil aldı - VİDEO

1 May 2022 01:40 İngiltərə 650
“Mançester Siti” yenidən liderliyi “Liverpul”dan təhvil aldı - VİDEO

İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Siti” səfərdə “Lids”ə 0-4 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində Rodri hesabı açıb. İlk hissə bu hesabla başa çatıb.

Oyunun 54-cü dəqiqəsində N.Ake fərqi iki topa qaldırıb. 78-ci dəqiqədə Q.Jesus hesab arasındakı fərqi üç, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş üçüncü dəqiqədə fərqlənən Fernandinyo isə dörd topa çatdırıb - 4:0

Bununla xallarının sayını 83-ə çatdıran “Mançester Siti” yenidən bir neçə saatlıq təhvil verdiyi ilk pillədəki yerini “Liverpul”dan təhvil alıb.

İkinci pillədə qərarlaşan “Liverpul” 82 xala sahibdir. Bu gün keçirilmiş qarşılaşmada “Liverpul” səfərdə “Nyukasl”a 0-1 hesabı ilə qalib gəlmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti