"Onun transfer məsələsi heç kimin xoşuna gəlmir"

30 Aprel 2022 10:20 İngiltərə 479
"Onun transfer məsələsi heç kimin xoşuna gəlmir"

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Antonio Rüdigerin başqa kluba mümkün transferi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis Rüdigerin transferi ilə bağlı söz-söhbətin heç kimin xoşuna gəlmədiyini söyləyib:

“Rüdigerin transfer məsələsi heç kimin xoşuna gəlmir. O, unikal şəxsiyyətdir, iddialıdır, liderdir.

Əla səviyyədə oynayır və üzərinə məsuliyyət götürməyi sevir. Rüdigerlə işləməyin hər günü mənim üçün xoşdur. Hələ əldə edəcəyimiz çox şey var.

İstəsək də, istəməsək də, həyat davam edir, mövsümöncəsi hazırlıqlar başlayır və biz əlimizdən gələni etməliyik. Mən bütün qəlbimlə və bütün bacarığımla “Çelsi”nin uğur qazanması üçün çalışacam”.

Tuxel daha əvvəl açıqlamışdı ki, Rüdiger ona “Çelsi”dən ayrılmaq qərarı barədə şəxsi söhbətində məlumat verib.

Alman futbolçunun adı Madrid “Real”ı ilə hallanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti