Nəbi "Liverpul"u Premyer Liqada lider etdi - VİDEO

30 Aprel 2022 18:29 İngiltərə 838
Nəbi "Liverpul"u Premyer Liqada lider etdi - VİDEO

İngiltərə Premyer Liqasında XXXV tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda çempionluğa iddialı "Liverpul" "Nyukasl"ın qonağı olub.

Görüşün taleyini 1 qol həll edib. 19-cu dəqiqədə fərqlənən Nəbi Keyta Mersisayd təmsilçisinə qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 82-yə çatdıran Yurgen Kloppun baş məşqçi olduğu komanda hələlik turnir cədvəlinin zirvəsinə yüksəlib.

Liderdən 1 oyun az keçirən və 2 xal geri qalan "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. "Nyukasl" isə 43 xalla 9-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada