"Bu komandanın bacarığı çatışmır, sadəcə, uduzmamağa çalışırlar”

30 Aprel 2022 01:40 İngiltərə 906
"Bu komandanın bacarığı çatışmır, sadəcə, uduzmamağa çalışırlar”

Keçmiş futbolçu Roy Kin “Mançester Yunayted”i tənqid edib.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq futbolçusu İngiltərə Premyer Liqasının “Çelsi” ilə oyununa (1:1) görə əsəbiləşib.

O, keçmiş komandasına qarşı oynamağın asan olduğunu deyib:

“Mançester Yunayted”ə qarşı oynamaq çox asandır. Oyunçular müdafiəyə tez qayıtmağa belə, cəhd etmirlər. Bu gün gördüklərimiz artıq təəccüblü deyil.

Bu, Ralf Ranqnikin komandası üçün xarakterikdir. “Mançester Yunayted”in bacarığı çatışmır, sadəcə, uduzmamağa çalışırlar”.

33 oyundan sonra “Çelsi” 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü yerdədir. “Mançester Yunayted” 35 turda 55 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti