Premyer Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı – 4 illik

29 Aprel 2022 00:20 İngiltərə 650
Premyer Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı – 4 illik

"Liverpul" baş məşqçi Yurgen Kloppla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya mütəxəssislə 2026-cı ilədək nəzərdə tutulan sözləşmə imzalanıb.

Yurgen Klopp 2015-ci ilin oktyabr ayında "Liverpul"un baş məşqçisi təyin olunub. 54 yaşlı mütəxəssisin Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimidir.

Komanda cari mövsümdə Kloppun rəhbərliyi altında meydana çıxdığı 55 oyunda 43 qələbə qazanıb, 9 heç-heçə edib, 3 dəfə isə meydanı məğlubiyyətlə tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM