Məşhur hücumçunun əvvəlki klubuna qayıtması üçün ŞƏRTİ VAR

28 Aprel 2022 12:20 İngiltərə 1 002
Məşhur hücumçunun əvvəlki klubuna qayıtması üçün ŞƏRTİ VAR

“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmaqda maraqlıdır.

Sportinfo.az xəbər verir ki, belçikalı Milan klubuna transferinin reallaşması üçün maaşında 50 faiz endirim etməli olacaq.

Lukakunun “Çelsi”də illik maaşı təxminən 20 milyon avrodur.

Daha əvvəl bildirilmişdi ki, Lukaku “Çelsi”də onun şəxsiyyətinə münasibətdən narazıdır, ona görə də, mənəvi dəstək hiss etdiyi “İnter”ə qayıtmaq istəyir.

Futbolçu İtaliyaya mümkün dönüşünü müzakirə etmək üçün “İnter”in baş direktoru Beppe Marotta ilə görüş də təyin edib.

Lukaku bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM