Sövdələşmənin son mərhələsi – Paytaxt klubunu almaq istəyənlər üçün

28 Aprel 2022 10:00 İngiltərə 766
Sövdələşmənin son mərhələsi – Paytaxt klubunu almaq istəyənlər üçün

“Çelsi”ni almağa iddialı olan 3 şirkət danışıqların yekun mərhələsinə dəvət olunub.

Sportinfo.az xəbər verir ki, sövdələşmənin son mərhələsini Amerikanın “The Raine Group” şirkəti həyata keçirir.

London klubunu almaq üçün müraciət edənlər “Formula 1” pilotu Lyuis Hemilton və tennisçi Serena Uilyamsın daxil olduğu konsorsium, “Los Anceles Cocers”in ortağı Todd Boli, eləcə də A Seriyasından “Atalanta”nın və NBA klubu “Boston Seltiks”in sahibi Stiven Palyukadır.

Yekun təqdimat bu həftənin sonunda baş tutacaq.

Bütün iddiaçılar “Stemford Bric”in yenidən qurulması planlarını təqdim etməli, eləcə də həm qısa, həm də ortamüddətli perspektivdə “Celsi”ni necə maliyyələşdirəcəklərinin izahını verməlidirlər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada