Poqba gedir – Xəbərdarlıq etdi, "çat qrupu"ndan çıxdı

27 Aprel 2022 12:00 İngiltərə 597
Poqba gedir – Xəbərdarlıq etdi, "çat qrupu"ndan çıxdı

"Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqba yay transfer pəncərəsində komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu gedəcəyini artıq məşqçilərə bildirib və komandanın çat qrupunu tərk edib.

Fransız futbolçunun "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. MY-in baş məşqçisi Ralf Ranqnikin sözlərinə görə, futbolçu müqaviləni yeniləmək fikrində deyil.

Almaniyalı mütəxəssis bildirib ki, yarımmüdafiəçi "Liverpul"la oyunda (0:4) aldığı zədə səbəbindən bu mövsüm bir daha meydana çıxmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti