İngiltərə 2028-ci ildə Avropa çempionatına ev sahibliyi etmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu ölkə oyunların keçiriləcəyi 16 stadionu müəyyənləşdirib. Amma o arenalar arşında “Enfild” yoxdur.
İngiltərə Futbol Federasiyasının (FA) rəsmi nümayəndəsi bildirib ki, "Liverpul" stadionunda meydançanın kifayət qədər böyük olmaması beynəlxalq oyunların keçirilməsini mümkünsüz edir.
UEFA qaydalarına əsasən, beynəlxalq turnirlər üçün meydançaların sabit ölçüsü 105-68 metr olmalıdır.
“Enfild”də isə meydançanın uzunluğu cəmi 101 metrdir. Tribunaların meydana olduqca yaxın olması səbəbindən meydançanı genişləndirmək mümkün deyil.
“Enfild”in siyahıdan kənarda qalması o deməkdir ki, “Everton”un yeni stadionu vaxtında tamamlanmasa, Liverpul şəhəri Avropa çempionatının oyunlarına ev sahibliyi edə bilməyəcək.

