“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun yeni baş məşqçisi Erik Ten Haqın rəhbərliyi altında gələcəyi necə olacaq?
Sportinfo.az xəbər verir ki, bu barədə Hollandiya yığmasının sabiq baş məşqçisi Marko van Basten fikir bildirib.
Ronaldo “Norviç”ə qarşı oynadığı kimi oynamağa davam etsə və mütəmadi olaraq hər matçda qol vursa, onu komandadan çıxarmağa ehtiyac qalmayacaq.
O, təkbaşına hərəkət etməyə öyrəşmiş futbolçudur, amma nə qədər ki, uğur qazanacaq, ona komandada yer vermək lazımdır.
Nəzərə alaq ki, Ten Haq 18 yaşlı futbolçudan tələb etdiyi fiziki göstəriciləri Ronaldodan tələb edə bilməz.
Əlbəttə, Ronaldo çox çalışmalı olacaq. Əminəm ki, o, bunu edəcək. Ancaq təsəvvür edə bilirəm ki, Haq ondan özünün oyun fəlsəfəsinə uyğunlaşmağı tələb edəcək”.
Ten Haq mətbuata verdiyi açıqlamada bildirib ki, öz oyun fəlsəfəsini diktə edəcək və bu məsələdə heç bir futbolçuya güzəştə getməyəcək.

