Növbəti mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Erik ten Haq oyun fəlsəfəsini dəyişməyəcək.
Sportinfo.az xəbər verir ki, mütəxəssis Kriştiano Ronaldo və “Mançester Yunayted”in digər ulduzlarına görə oyun fəlsəfəsini dəyişmək niyyətində olmadığını bildirib.
O, öz baxışlarına uyğun komanda qurmaq istədiyini deyib. Holland mütəxəssis “ulduzları ram edə biləcəksiniz” sualına belə cavab verib:
“Mən həmişə özüm olacağam. Məşqçi baxışımı dəyişməyəcəyəm. Oyunçunun hansı vəzifəyə sahib olduğuna mən qərar verirəm.
Əgər futbolçu öz işini görmürsə, kim olmasından asılı olmayaraq, mənə lazım deyil.
Bu məsələdə güzəştə getməyəcəyəm. Necə işləmək istədiyimi bəyan edirəm. Bu tələblər yerinə yetirməyən futbolçu ilə işləməyəcəm”.

