Gənc hücumçunun agenti ilə danışdılar – 100 milyon istəyirlər

26 Aprel 2022 18:20 İngiltərə 600
Gənc hücumçunun agenti ilə danışdılar – 100 milyon istəyirlər

“Arsenal” “Napoli”nin 23 yaşlı nigeriyalı hücumçusu Viktor Osimhenlə ciddi maraqlanır.

Sportinfo.az xəbər verir ki, “topçular” artıq mümkün transferlə bağlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayıb.

"Napoli" onun üçün 100 milyon avrodan çox tələb edir.

Daha əvvəl İngiltərə Premyer Liqasının digər klubu "Nyukasl" da futbolçu ilə əlaqə saxlayıb. Osimhen özü də Premyer Liqada oynamaq istəyir.

Amma “Napoli”nin yüksək məbləğ tələb etməsi bu transferin həyata keçirilməsini çətinləşdirir.

“Napoli” 2020-ci ilin sentyabrında Osimhenin transferi üçün “Lill”ə 75 milyon avro ödəyib.

Bu mövsüm Viktor Neapol klubunun heyətində bütün yarışlarda 28 matçda iştirak edib, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti