"Biz bir və ya iki futbolçunun transferinə diqqət yetirmək istəyirik"

26 Aprel 2022 10:20 İngiltərə 756
"Biz bir və ya iki futbolçunun transferinə diqqət yetirmək istəyirik"

“Arsenal”ın direktoru Edu Qaspar “topçular”ın yay transfer pəncərəsi ilə bağlı planlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, London klubunun rəsmisi, yayda 1-2 transfer edə biləcəklərini bildirib:

“Biz bir və ya iki futbolçunun transferinə diqqət yetirmək istəyirik. Keçən yayda komandamızda olan dəyişikliklərindən sonra növbəti addıma ehtiyacımız var. Bizim klub olaraq bütöv bir strategiyamız var”.

“Arsenal”ın “Mançester Siti”nin hücumçusu Qabriel Jezusla maraqlandığı bildirilir.

“Arsenal” 33 turdan sonra 60 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada