İngiltərə Premyer Liqasında ən çox məvacib alanların adları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Premyer Liqada ən çox maaş alan futbolçudur.
Onun illik qazancı 26,4 milyon funt sterlinqdir (31,42 milyon avro).
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne ikinci yerdədir. O, ildə 20,4 milyon funt sterlinq (təxminən 24,3 milyon avro) qazanır.
Üçüncü yerdə 19,2 milyon funt sterlinq (22,84 milyon avro) maaşla "Mançester Yunayted"in qapıçısı David de Xea qərarlaşıb.
İlk “beşlik”də “qırmızı şeytanlar”ın 4 futbolçusu yer alıb. 4-cü pillədə Ceydon Sançodur. Onun illik məvacibi 18 milyon funt sterlinqdir (21,4 milyon avro).
“Beşliy"i Rafael Varan qapayır – 15,6 milyon funt sterlinq (18,6 milyon avro).

