Jorjinyo penaltini boşa versə də, “Çelsi” qələbəni əldən vermədi – VİDEO

25 Aprel 2022 00:20 İngiltərə 1 007
Jorjinyo penaltini boşa versə də, “Çelsi” qələbəni əldən vermədi – VİDEO

İngiltərə Premyer Liqasının XXXIV turunda “Çelsi” “Vest Hem”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 87-ci dəqiqəsində “zadəganlar”ın “ştatlı penaltiçisi” Jorjinyo 11 metrlik nöqtədən fərqlənmək şansını boşa verib. İtaliyalı yarımmüdafiəçinin zərbəsini “Vest Hem”in qapıçısı Fabianski tutub.

Bununla belə, “Çelsi” yekunda qələbə qazanmağı bacarıb. 90-cı dəqiqədə Kristian Pulişiç dəqiq oynayıb.

Bu nəticədən sonra xallarının sayını 65-ə çatdıran “Çelsi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Vest Hem” isə 52 xalla 7-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada