"Onun təyinatından razıyıq, nə etdiyini hamı bilir”

23 Aprel 2022 18:40 İngiltərə 875
"Onun təyinatından razıyıq, nə etdiyini hamı bilir”

“Mançester Yunayted”in qapıçısı David de Xea Erik ten Haqın “Mançester Yunayted”ə baş məşqçi təyin olunması ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı qolkiper, bu qərara sevindiyini söyləyib:

“Klubun belə bir qərar verməsi məni sevindirdi. İndi bizdə qeyri-müəyyənlik var. Ten Haqın “Ayaks”da nə etdiyini hamı bilir.

Klub az qala Çempionlar Liqasının finalına yüksəldi, titullar qazandı və gənc oyunçular yetişdirdi. Ona görə də sevinirəm.

Ten Haqın komandası yaxşı futbol oynayır. Onun təyinatından razıyıq.

Lakin indi Premyer Liqada ilk 4-lük uğrunda mübarizə aparmaq üçün bu mövsümün son oyunlarına diqqət yetirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada