Premyer Liqa klubunun tarixində ilk daz məşqçi

22 Aprel 2022 15:40 İngiltərə 570
Premyer Liqa klubunun tarixində ilk daz məşqçi

Aprelin 21-də “Mançester Yunayted” yeni baş məşqçi təyinatını açıqladı.

“Qırmızı şeytanlar”ı bundan sonra Erik ten Haq çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, Erik MY tarixində ilk daz baş məşqçidir. Buna qədər komandanın baş məşqçilərinin hamısının saçı olub.

Hətta 1969-1970-ci ildə Premyer Liqa klubunu çalışdıran Uilf Makkinessin də. Uilf MY-dən ayrılandan sonra başını daz qırxdırıb.

Erik ten Haqla müqavilə bu mövsümün sonunda qüvvəyə minəcək. Onun müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Qırmızı şeytanlar”ı hazırda Ralf Ranqnik çalışdırır. 63 yaşlı Ranqnik 2021-ci il dekabrın 3-dən komandaya rəhbərlik edir.

Mövsümün sonunda o, “Mançester Yunayted”in strukturunda vəzifə tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti