“Arsenal” bol qol duelində “Çelsi”dən üstün oldu - VİDEO

21 Aprel 2022 01:30 İngiltərə 584
“Arsenal” bol qol duelində “Çelsi”dən üstün oldu - VİDEO

İngiltərə Premyer Liqasında XXV turdan təxirə salınmış "Çelsi" - "Arsenal" oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 13-cü dəqiqədə "Arsenal"ın futbolçusu Eddi Nketia açıb. 17-ci dəqiqədə Timo Verner bərabərlik qolunu vursa da, 27-ci dəqiqədə Emil Smit-Rou yenidən qonaqları önə keçirib.

32-ci dəqiqədə Sesar Aspilikueta bir daha hesabı bərabərləşdirib. Lakin Nketia 57-ci, Bukayo Saka isə penaltidən 90+2-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da "Çelsi" 31 oyundan 62 xalla 3-cü, "Arsenal" isə 32 görüşdən 57 xalla 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti