"Növbəti mövsüm klubda nələrin baş verəcəyi ilə bağlı beynimdə başqa narahatlıqlar var"

20 Aprel 2022 01:40 İngiltərə 519
"Növbəti mövsüm klubda nələrin baş verəcəyi ilə bağlı beynimdə başqa narahatlıqlar var"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kluba transfer gündəmdə olan Erlinq Haalandla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Dortmund "Borussiya"sının hücumçusunun transferi barədə xəbərlərlə maraqlanmadığını bildirib:

"Erlinq Haalandla bağlı xəbərlərlə maraqlanmıram. Növbəti mövsüm üçün klubda nələrin baş verəcəyi ilə bağlı beynimdə başqa narahatlıqlar var".

İngiltərə mətbuatı "Mançester Siti"nin 63 milyon funt-sterlinq qarşılığında norveçli forvardın keçidini həll etdiyini yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti