London “Arsenal”ının iki futbolçusu - fransalı hücumçu Aleksandr Lyakazet və misirli yarımmüdafiəçi Məhəmməd Elneni yayda komandadan ayrılmağı planlaşdırırlar.
Sportinfo.az xəbər verir ki, futbolçular London klubunu azad agent kimi tərk etmək istəyirlər.
30 yaşlı Lyakazetin xidmətində 2 komandanın maraqlı olduğu bildirilir.
Onlardan biri “Lion”dur ki, hücumçu məhz bu klubun yetirməsi hesab olunur.
Digəri isə “Barselona”dır. “Barsa” rəhbərliyinin Obameyanq-Lyakazet tandemini yenidən formalaşdırmaq istədiyi bildirilir.
Elneni isə hələ ötən ilin sentyabrında “Qalatasaray” transfer etmək istəyirdi. Onun alınmasını həmin vaxt komandanın baş məşqçisi olan Fatih Terimin tələb etdiyi də vurğulanır.

