Ötənlərin məşhur hücumçusunun çalışdırdığı klub aşağı liqaya düşdü

19 Aprel 2022 01:40 İngiltərə 2 655
Ötənlərin məşhur hücumçusunun çalışdırdığı klub aşağı liqaya düşdü

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runinin baş məşqçisi olduğu "Derbi Kaunti" aşağı liqaya düşüb.

Sportinfo.az xəbər verir ki, komanda Çempionşipin 43-cü turunda bu gün səfərdə "Kvin Park Reyncers"ə 0:1 hesabı ilə uduzub.

Bununla da, yarışın bitməsinə 3 tur qalmış "Derbi Kaunti" liqada qalmağa imkan yaradan 21-ci yerdəki "Redinq"dən 10 xal geridə qalıb və 23-cü pillədə qərarlaşb.

Bu isə o deməkdir ki, komanda bu mövsümün sonu liqanı tərk edəcəlk.

Beləliklə, Derbişir təmsilçisi 1986-cı ildən sonra ilk dəfə İngiltərənin üçüncü divizionunda oynayacaq.

Maliyyə pozuntularına görə komandanın bu mövsüm 21 xalı silinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada