"İndi göyün yeddinci qatındayıq, dünyanın ən güclü komandasına qalib gəldik"

17 Aprel 2022 15:20 İngiltərə 824
"İndi göyün yeddinci qatındayıq, dünyanın ən güclü komandasına qalib gəldik"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Kubokunun yarımfinalında "Mançester Siti"yə qalib gəldikləri matç (3:2) haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, "şəhərlilər"i dünyanın ən yaxşı klubu adlandırıb və bu komandaya qalib gəldikləri üçün qürur duyduğunu deyib:

“Mən inanılmaz dərəcədə qürur duyuram. Düşünürəm ki, birinci hissədəki oyunumuz komandanın mənim baş məşqçiliyim dövründəki ən yaxşı çıxışlarından biri oldu.

Hər şeyi düzgün etdik, şansları qola çevirdik. İkinci hissə "Mançester Siti"nin qolu ilə başladı.

"Siti"nin oyun keyfiyyəti inanılmazdır, onları məğlub etmək çətin idi. Amma bizim bu komandaya qalib gələ biləcək futbolçularımız var.

Ən əsası, biz finaldayıq. “Siti” bilirdi ki, bizə qarşı oynamaq çətin olacaq. Hər iki komanda qələbəyə həddindən artıq köklənəndə olduqda, oyun gərginləşir.

İndi göyün yeddinci qatındayıq. Çünki dünyanın ən güclü komandasına qalib gəldik. Bu, xüsusi bir məqamdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada