"Liverpul" "Mançester Siti"ə 3 qol vurdu, finala yüksəldi - VİDEO

16 Aprel 2022 21:40 İngiltərə 848
"Liverpul" "Mançester Siti"ə 3 qol vurdu, finala yüksəldi - VİDEO

İngiltərə Kubokunda ilk finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki, "Liverpul" yarımfinalda "Mançester Siti" ilə üz-üzə gəlib.

"Uembli" stadionundakı qarşılaşma Mersisayd təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul"un qollarını 9-cu dəqiqədə İbrahima Konate, 17-ci və 45-ci dəqiqədə Sadio Mane vurub. "Şəhərlilər"də 47-ci dəqiqədə Cek Qriliş, 90+1-ci dəqiqədə Bernardu Silva fərqlənib.

Sabah keçiriləcək ikinci yarımfinal matçında “Çelsi” “Kristal Pelas”la qarşılaşacaq. Turnirin qalibinin adına isə mayın 14-də təşkil ediləcək həlledici oyundan sonra aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada