“Mançester Siti” Halandla razılığa gəlib - İldə 30 milyon avro qazanacaq

16 Aprel 2022 15:20 İngiltərə 772
“Mançester Siti” Halandla razılığa gəlib - İldə 30 milyon avro qazanacaq

“Mançester Siti” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferi ilə bağlı razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira özünün “tvitter” səhifəsində məlumat yayıb.

“Şəhərlilər” norveçli futbolçunun sərbəst qalması üçün müqaviləsində nəzərdə tutulan 75 milyon avronu ödəyəcək.

Halandın özü isə İngiltərə klubunda 5 illik müqaviləyə əsasən, ildə 30 milyon avro qazanacaq.

Halandın Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə bitəcək. Onunla İspaniyanın “Barselona” və “Real” klubları da maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada