Premyer Liqa klubu 10 illik baş məşqçisi ilə yollarını ayırdı

16 Aprel 2022 01:40 İngiltərə 1 110
Premyer Liqa klubu 10 illik baş məşqçisi ilə yollarını ayırdı

“Bernli” baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçinin göndərilməsinin səbəbi komandanın cari mövsümdə uğursuz çıxışıdır.

51 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandanı tərk ediblər.

Dayç 2012-ci ildən “Bernli”yə rəhbərlik edirdi. Komanda bu mövsüm Premyer Liqada 30 oyundan sonra 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada