Yılmaz Premyer Liqa klubunda oynayacaq?

13 Aprel 2022 15:40 İngiltərə 970
Yılmaz Premyer Liqa klubunda oynayacaq?

“Beşiktaş”ın müdafiəçisi Rıdvan Ylımaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, onunla “Lester” ciddi maraqlanır.

Məlumata görə, İngiltərə klubu 20 yaşlı futbolçu üçün 9,5 milyon avro təklif edir. Onunla İtaliyadan "Torino" və Almaniyadan "Ştutqart" da maraqlanır.

Amma "Lester"də başqa bir türk müdafiəçisi - Çağlar Söyüncünün oynaması Yılmazın İngiltərə variantına üstünlük verməsinə səbəb ola bilər.

Yılmaz "Beşiktaş"ın yetirməsidir. O, Türkiyə klubunun əsas heyətində bütün yarışlarda 58 matçda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.

Futbolçunun müqaviləsi gələn mövsümün sonunda başa çatır. “Transfermarkt” onun bazar dəyərini 5,5 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada