Premyer Liqa klubu yeni baş məşqçisi ilə 4 illik müqavilə imzalayacaq

13 Aprel 2022 01:40 İngiltərə 582
Premyer Liqa klubu yeni baş məşqçisi ilə 4 illik müqavilə imzalayacaq

“Mançester Yunayted” yeni baş məşqçisi Erik ten Haqla 4 illik müqavilə imzalayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Tərəflər arasında sözləşmə detalları ilə bağlı da razılıq əldə olunub. Hazırda Mançester təmsilçisi 52 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Niderland “Ayaks”ı ilə təzminat məsələsində anlaşmağa çalışır.

Niderlandlı baş məşqçinin Amsterdam təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Hazırda “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnikdir. Almaniyalı mütəxəssis müvəqqəti olaraq bu vəzifəni icra edir.

Erik ten Haq isə 2017-ci ildən çalışdırdığı “Ayaks”da 6 titul qazanıb. Onun komandası bu mövsüm də çempion olmağa yaxındır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti