"Arsenal" və "Mançester Yunayted" “Benfika”nın hücumçusu Darvin Nuneslə ciddi maraqlanır.
Sportinfo.az xəbər verir ki, "Benfika" rəhbərliyi futbolçunun satışı ilə bağlı qiyməti müəyyənləşdirib.
Rəhbərlik onu 127 milyon avroya satmaq niyyətindədir. Məlumata görə, “Benfika”nın baş məşqçisi Nelson Verissimo artıq İngiltərə klublarını məlumatlandırıb.
Portuqaliya klubu 22 yaşlı futbolçu üçün 2019-cu ildə hücumçu Joao Feliksin transferinə görə “Atletiko”dan aldıqları məbləğdən az almaq istəmir. İspan klubu Yoao üçün məhz 127 milyon avro ödəyib.
“Benfika”dan bildirilib ki, Nunesin transferi onu almaq istəyən kluba baha başa gələcək və hücumçunu satmağa tələsmirlər.

