"Mançester Yunayted"in rəhbər şəxsləri Ronaldonu istəmir

11 Aprel 2022 15:40 İngiltərə 661
"Mançester Yunayted"in rəhbər şəxsləri Ronaldonu istəmir

Kriştiano Ronaldo bu yay "Mançester Yunayted"i tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə iddianı “Daily Mail” irəli sürüb.

Bildirilir ki, "qırmızı şeytanlar"ın bəzi rəhbərləri portuqaliyalının yay transfer pəncərəsi zamanı klubu tərk etməsini istəyir.

Qeyd olunur ki, bu məsələdə yekun qərarı “Mançester Yunayted”in şərikli sahibi Coel Qleyzer və klubun direktorlar şurası verəcək.

Ronaldo 2021-ci ilin avqust ayından "Mançester Yunayted"də çıxış edir. O, "Yuventus"dan 15 milyon avroya transfer edilib.

Futbolçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir. “Transfermarkt” oyunçunun bazar dəyərinin 35 milyon avro olduğunu yazır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada