“Mançester Yunayted” qarşısında şərtləri - Baş məşqçi postuna əsas namizədin

10 Aprel 2022 18:20 İngiltərə 733
“Mançester Yunayted” qarşısında şərtləri - Baş məşqçi postuna əsas namizədin

“Ayaks”ın baş məşqçisi Erik ten Haq “Mançester Yunayted”ə keçməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Premyer Liqa klubuna keçid üçün tələblərini açıqlayıb.

Ten Haq klubun transfer strategiyasında tam hüquqa malik olmaq istəyir. Şərtə futbolçuların alınması və satışı, həmçinin müqavilələrin yenidən imzalanması daxildir.

Eyni zamanda, yeni transferlər onun ideyalarına tam uyğun olsalar, komandaya gələ bilərlər.

“Mançester Yunayted” mövsümün sonunda transferlərə böyük məbləğdə pul ayıracaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada