“Mən onu çox sevirəm"

10 Aprel 2022 15:40 İngiltərə 941
“Mən onu  çox sevirəm"

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik niderlandlı yarımmüdafiəçi Donni van de Bekin klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Ranqnik Donnini çox sevdiyini bildirib:

“Mən Donnini çox sevirəm. Növbəti mövsümdə “Mançester Yunayted”ə daha faydalı olacaq?

Niyə də yox? Amma bu, həm də yeni baş məşqçidən və Donni van de Bekin özündən asılıdır. Bu barədə Donni ilə söhbətimiz olub”.

24 yaşlı niderlandlı futbolçu 2022-ci ilin yanvarında “Everton”a icarəyə verilib. O, “Mançester Yunayted”in heyətində 14 matçda iştirak edib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada