"İnsanların bilmədiyi çox şey var, buna görə də cavab verə bilmərəm"

9 Aprel 2022 00:00 İngiltərə 652
"İnsanların bilmədiyi çox şey var, buna görə də cavab verə bilmərəm"

"Liverpul"un misirli ulduzu Məhəmməd Salah klubu ilə yeni müqavilə imzalayıb-imzalamayacağı haqda danışıb.

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Premyer Liqa təmsilçisinin təklifinə cavab vermədiyini bildirib:

"İnsanların müqaviləmlə bağlı bilmədiyi çox şey var. Komanda üçün ən vacib dövrdəyik. Buna görə də yeni müqavilə mövzusunda cavab verə bilmərəm".

Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Təcrübəli futbolçu cari mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 38 oyunda 28 qol və 10 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada