Premyer Liqa klubu FİFA-ya 360 min avrolu fırıldaq gəlib

8 Aprel 2022 18:20 İngiltərə 896
Premyer Liqa klubu FİFA-ya 360 min avrolu fırıldaq gəlib

"Mançester Siti" 2013-cü ildə FİFA-nın gənc futbolçuların transferi ilə bağlı qaydalarını pozub.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” 14 yaşlı yarımmüdafiəçi Braim Diasın (hazırda "Milan"da çıxış edir) transferi üçün "Malaqa"ya 360 min avro ödəyib.

Qeyd olunur ki, yarımmüdafiəçi iki il “Siti”nin akademiyasında məşq edib.

“Abu Dhabi United Group” (ADUG) Diasın transferi üçün 360 min avronu “Malaqa”ya göndərən şirkətin Barselonadakı hesabına köçürüb.

FİFA qaydaları klublara 16 yaşadək futbolçuları başqa ölkələrdən almağı qadağan edir.

2020-ci ildə “Mançester Siti” maliyyə fırıldaqlarına görə iki mövsüm Çempionlar Liqasında iştirakdan kənarlaşdırılıb.

Daha sonra "şəhərlilər" apellyasiya şikayəti verərək CAS-da bu qərarın ləğvinə nail olublar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM